sabirabadxeber.az / Sabirabadda intellektual oyunun açıq region birinciliyi keçirilib

Sabirabadda intellektual oyunun açıq region birinciliyi keçirilib

🟢Sabirabadda “Nə? Harada? Nə zaman?” intellektual oyunun açıq region birinciliyi keçirilib.


"Sabirabadxəbər.az" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Gənclər evinin birgə təşkilatçılığı ilə “İntellektual qış” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunun açıq region birinciliyi keçirilib. Rayon turnirində 8 komanda iştirak edib. 


🏆Yarışın nəticəsinə əsasən:

 🥇Oneside komandası - I yer 

 🥈Nizami komandası - II yer 

 🥉Fibonaççi komandası - III yerə layiq görülüblər. 


🏆Yarışın yekununda ilk 3 yeri tutan komandalar MMRGİİ-nin diplomları və medalları ilə, l yer tutan komanda isə həmçinin “İlğım” şirkəti tərəfindən hədiyyələrlə təltif ediliblər.

27.02.2026 » 15:10
Geri