sabirabadxeber.az / Gəncədə güclü külək fəsadlar törətdi - Fotolar

Gəncədə güclü külək fəsadlar törətdi - Fotolar

Gəncədə əsən güclü külək şəhərin bir sıra ərazilərində ciddi fəsadlara səbəb olub.

"Sabirabadxəbər.az" gencexeber.az-a istinadla xəbər verir ki, Mirzə Abbas Abbaszadə küçəsi, Heydər Əliyev prospekti və dördüncü mikrorayon ərazisində bir neçə ağac kökündən qoparaq aşıb. Aşan ağaclar ətrafda hərəkəti çətinləşdirib.

Bundan başqa, qeyri-sabit hava şəraiti nəticəsində Nizami Gəncəvi prospektində üç işıqlandırma dirəyi aşaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Hazırda küləkli hava şəraiti davam edir.

27.02.2026 » 13:33
Geri