sabirabadxeber.az / Vəzifəli şəxs saxlanıldı

Vəzifəli şəxs saxlanıldı

Hüquq-mühafizə orqanları Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında əməliyyat keçirib.

"Sabirabadxəbər.az" xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov korrupsiya iddiası ilə saxlanılıb.

Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.

27.02.2026 » 13:12
Geri