sabirabadxeber.az / Sumqayıtda PARTLAYIŞ: Yaralılar var...

Sumqayıtda PARTLAYIŞ: Yaralılar var...

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.

“Sabirabadxəbər.az” "Report"a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

27.02.2026 » 09:57
Geri