Səhiyyə naziri Teymur Musayev TƏBİB-in fəaliyyəti ilə bağlı açıqlama verib.
"Sabirabadxəbər.az" xəbər verir ki, O, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsinin gündəmdə olub-olmaması barədə sualı cavablandırıb.
Nazir deyib ki, buna TƏBİB-in Müşahidə Şurası qərar verməlidir:
"TƏBİB-in fəaliyyətinin dayandırılıb-dayandırılmaması ilə bağlı məlumat sözügedən qurum tərəfindən veriləcək",- T.Musayev bildirib.