sabirabadxeber.az / Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

🟢 Sabirabadda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.


"Sabirabadxəbər.az" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Gənclər evinin və Sabirabad Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar dəyirmi masa təşkil edilib.  


 🥀Tədbirdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Murad Həsənli, Sabirabad Gənclər evinin əməkdaşı Ağakərim Əhmədov, Sabirabad Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva çıxış ediblər.

Çıxış edənlər 34 il öncə baş verən bu qanlı faciənin hər birimizin yaddaşına əbədi olaraq həkk olunduğunu, həmin gün Azərbaycan tarixinə qanla yazılmış bir səhifə olduğunu, bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini söyləyiblər. Həmçinin 26 Fevralın Azərbaycan tarixinə qanla yazılmış bir səhifə olduğu da vurğulanıb.


Daha sonra Xocalı faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib.


26.02.2026 » 11:00
Geri