sabirabadxeber.az / ABŞ Yaxın Şərqdə hərbi kontingenti artırır — Yüzlərlə təyyarə hücum əmrini gözləyir

ABŞ Yaxın Şərqdə hərbi kontingenti artırır — Yüzlərlə təyyarə hücum əmrini gözləyir

ABŞ ilə İran arasındakı gərginlik artarkən, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Yaxın Şərqdəki bazalarına 300-dən çox hərbi təyyarə göndərib 

"Sabirabadxəbər.az" xəbər verir ki, açıq mənbələrdən əldə edilən məlumatlara görə, bu təyyarələr əsasən Qətərın “Əl-Übeydə”, İordaniyanın “Müvəffəq əl Salti” və Səudiyyə Ərəbistanının “Prins” hava bazalarında yerləşdirilib.

Bundan əlavə, bölgədə “USS Abraham Lincoln” və “USS Gerald R. Ford” təyyarə daşıyıcılarındakı hava qüvvələri də fəaliyyət göstərir. Yanvar ayından bəri “Patriot” və “THAAD” raketdən müdafiə sistemləri ilə dəstəklənən hava qüvvələrinin daşınması üçün təxminən 270 “C-17” və “C-5” uçuş həyata keçirilib.

25.02.2026 » 14:50
Geri