Sabirabadda Zalqarağac kəndində elektrik təsərrüfatı əsaslı şəkildə yenilənir
"Sabirabadxəbər.az" xəbər verirki, Sabirabad rayonunun Zalqarağac kəndində elektrik şəbəkəsinin yenidən qurulması üzrə planlı tədbirlər davam etdirilir.
Layihə çərçivəsində 1950-ci illərdə istismara verilmiş köhnə naqillər mərhələli şəkildə yeni və müasir standartlara cavab verən naqillərlə əvəz olunur.
Eyni zamanda kənd ərazisində yeni metal boru dayaqlar quraşdırılır, elektrik xətlərinin təhlükəsizliyi və dayanıqlılığı gücləndirilir. Enerji itkilərinin minimuma endirilməsi məqsədilə Kür çayı sahili boyunca yerləşən elektrik şəbəkəsində mütəmadi texniki baxış və təmir-bərpa işləri həyata keçirilir.
Görülən işlər regionun enerji təchizatının etibarlılığının artırılmasına, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına xidmət edir. Enerji sektoruna göstərilən dövlət dəstəyi çərçivəsində İlham Əliyev-in diqqət və qayğısı xüsusi vurğulanır.
Layihənin icrasında Azərişıq ASC tərəfindən müvafiq texniki tədbirlər həyata keçirilir. Kür qırağı elektrik şəbəkəsinin müdiri Mahir Məmmədov isə əhali ilə sıx ünsiyyətdə olaraq, mövcud problemlərin operativ həllinə töhfə verir.