sabirabadxeber.az / YAP Sabirabad rayon təşkilatının ümumi partiya yığıncağı

YAP Sabirabad rayon təşkilatının ümumi partiya yığıncağı

Bu gün YAP Sabirabad rayon təşkilatının H.Əliyev prospekti 25 ünvanı üzrə (Kür-Araz çaylarında bəndlərin istismari idarəsi) ərazi partiya təşkilatının ümumi yığıncağı keçirilib. 

"Sabirabadxəbər.az" xəbər verirki, Yığıncaqda iştirak edən YAP Sabirabad rayon təşkiltının sədri Varis Rüstəmov çıxış edərək bildirib ki, " Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın müxtəlif sahələrdə yaşadığı geniş inkişafın, sabitliyin və uğurların geniş spektrini əhatə edir. Bu illər ərzində ölkəmiz təkcə regional bir qüvvə kimi deyil, həm də qlobal miqyasda nüfuzlu bir dövlət kimi qəbul edilib. Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən siyasət Azərbaycanı müasir dövrün tələblərinə uyğunlaşdırmış, milli qüruru yüksəltmiş və gələcəyə inam aşılamışdır. Xüsusilə Qarabağ məsələsi bu fəaliyyətin ən parlaq və simvolik hissəsi olaraq, Cənab Prezidentin uzaqgörən liderliyinin və milli iradəsinin ən böyük təzahürü kimi ön plana çıxır. Qarabağın azad edilməsi və bərpası prosesi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın bütün fəaliyyətinin ümumi məqsədini — müstəqilliyin, ərazi bütövlüyünün və inkişafın müdafiəsini — əks etdirən geniş bir hekayədir."

Sonra Kür-Araz çaylarında bəndlərin istismari idarəsi ərazi partiya təşkilatının sədri Elman Nuriyev, Yeni Azərbaycan Partiyasının fəal üzvləri Faiq Qarayev və Əsgər Ağayev çıxış ediblər. 

Daha sonra Kür-Araz çaylarında bəndlərin istismari idarəsi ərazi partiya təşkilatının sədrinin və sədr müavinin seçilməsinə dair açıq səsvermə keçirilib. Yığıncaq iştirakçılarının yekdil qərarı Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının H.Əliyev prospekti 25 ünvanı üzrə (Kür-Araz çaylarında bəndlərin istismari idarəsi) ərazi partiya təşkilatının sədri vəzifəsinə Nuriyev Elman Qoçu oğlu və sədr müavini vəzifəsinə Qarayev Faiq Elxan oğlu seçiliblər.

Sonda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Qarayev Faiq Elxan oğlu və Mehrəliyeva Təranə Fikrət qızı Fəxri Fərmanla təltif olunublar.

24.02.2026 » 14:30
Geri