sabirabadxeber.az / Biləsuvarda atıcılıq idman növü üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda atıcılıq idman növü üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda atıcılıq idman növü üzrə rayon birinciliyi keçirildi.


"Sabirabadxəbər.az" xəbər verir ki, 19-20 fevral 2026-cı il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil idarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Peşə liseyində 26 fevral – “Xocalı soyqırımı”nın 34-cü ildönümünə həsr olunmuş məktəbli oğlan və qızlar arasında atıcılıq idman növü üzrə rayon birinciliyi keçirildi.


▶️ Yarışda 18 ümumtəhsil məktəbindən 78 nəfər şagird sərrast atıcılıq qabiliyyətlərini nümayiş etdirdi. Ən çox xal toplayan Biləsuvar Peşə Liseyinin komandası I yerə, Şəhər 6 nömrəli tam orta məktəbin komandası II yerə, Əliabad kənd tam orta məktəbin komandası isə III yerə layiq görüldü. 


🔹 Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev qalib komandaları Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırdı.

24.02.2026 » 10:40
Geri