sabirabadxeber.az / Antinarkotik əməliyyatında 3 nəfər saxlanıldı

Antinarkotik əməliyyatında 3 nəfər saxlanıldı

Bakıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

"Sabirabadxəbər.az" DİN-ə istinadla xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar.

Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.

21.02.2026 » 13:51
Geri