sabirabadxeber.az / Faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Xəbər verdiyimiz kimi, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib.

"Sabirabadxəbər.az" Bizim.Media-ya istinadən həyatını itirən H.Piriyevin fotosunu təqdim edir:
Qeyd edək ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
21.02.2026 » 11:33
Geri