sabirabadxeber.az / Sabirabad rayonunda ağacəkmə aksiyası keçiriləcək

Sabirabad rayonunda ağacəkmə aksiyası keçiriləcək

Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yolkənarı ərazilərdə yaşıllıq zolaqlarının salınması məqsədilə ağacəkmə aksiyası təşkil olunacaq.

📅 Tarix: 24.02.2026

⏰ Saat: 09:00

📍 Məkan: Sabirabad rayonu, Qaratəpə  kəndi (yolkənarı ərazisi)

Aksiya çərçivəsində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və şəhər mühitinin daha estetik görkəm alması məqsədilə kütləvi ağacəkmə işləri aparılacaq.

Tədbirdə ictimaiyyət nümayəndələrinin, könüllülərin və sakinlərin fəal iştirakı nəzərdə tutulur. Hər kəsi ətraf mühitin qorunmasına töhfə vermək üçün aksiyada iştirak etməyə dəvət edirik. 🌱

20.02.2026 » 19:30
Geri