Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.
"Sabirabadxəbər.az" "Report"-a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.
Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.