ABŞ və Çin qırıcı təyyarələrinin Sarı dəniz üzərindəki beynəlxalq hava məkanında qarşıdurması olub.
“Sabirabadxeber.az” Yonhap-a istinadla xəbər verir ki, ABŞ-nin Koreyada yerləşən qüvvələrinə aid, "United States Forces Korea" (USFK) strukturuna daxil olan 10-a qədər "F-16" qırıcı təyyarəsi Çinin Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ) yaxınlığında uçuş həyata keçirib.
Buna cavab olaraq Çin tərəfi öz hərbi təyyarələrini havaya qaldıraraq ABŞ qırıcılarının zonaya yaxınlaşmasına imkan verməyib.