sabirabadxeber.az / Külək zəifləyib - FAKTİKİ HAVA

Külək zəifləyib - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

"Sabirabadxəbər.az" xəbər verir ki, Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.
Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub
20.02.2026 » 10:17
Geri