sabirabadxeber.az / İranda hərbi təyyarə qəzaya düşdü, ölən var

İranda hərbi təyyarə qəzaya düşdü, ölən var

İranın Həmədan ostanında hərbi təyyarə qəzaya düşüb.

“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə “Fars” agentliyi İran Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Gecə təlim uçuşu həyata keçirən təyyarədə iki pilotun olduğu bildirilir. Onlardan biri həlak olub.

Hadisə yerində xilasetmə xidmətləri çalışır. Qəzanın səbəbləri araşdırılır.

20.02.2026 » 09:44
Geri