sabirabadxeber.az / Nazir onu vəzifəsindən azad etdi - FOTO

Nazir onu vəzifəsindən azad etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.

“Sabirabadxəbər.az” Qaynarinfo-ya istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

19.02.2026 » 11:41
Geri