Azərbaycanda Fermer Çağrı Mərkəzi yaradılacaq.
"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Belə ki, nazirlik Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya və Fermer Çağrı Mərkəzinin yaradılması məqsədilə təhlükəsizlik və şəbəkə infrastrukturunun satınalınması ilə bağlı hazırlıqlara başlayıb.
Layihənin maliyyə dəyəri 634 min manat proqnozlaşdırılıb.