sabirabadxeber.az / Anasını öldürən şəxsə hökm oxundu

Anasını öldürən şəxsə hökm oxundu

Anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə sonuncu məhkəmə baş tutub.

"Sabirabadxəbər.az"  Trend-ə istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hadisə ötən il Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anasını qətlə yetirib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

18.02.2026 » 12:12
Geri