sabirabadxeber.az / Taleh Quliyev vəzifəsindən ayrıldı

Taleh Quliyev vəzifəsindən ayrıldı

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

"Sabirabadxəbər.az" modern.az-a istinadla xəbər verir ki, o, məlumatı təsdiqləyib.

Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.

O daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.

17.02.2026 » 17:09
Geri