sabirabadxeber.az / "Barselona" uduzdu

"Barselona" uduzdu

İspaniya La Liqasında XXIV tura yekun vurulub.

"Sabirabadxəbər.az" xəbər verir ki, son oyun günündə bir matç keçirilib. “Barselona” səfərdə “Jirona” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Real Madrid” başçılıq edir. Aktivində 58 xal olan “Barselona” isə ikinci yerdə qərarlaşıb.

17.02.2026 » 09:11
Geri