sabirabadxeber.az / Xizək mərkəzində qar uçqunu - Ölən və yaralananlar var

Xizək mərkəzində qar uçqunu - Ölən və yaralananlar var

İtaliyanın Courmayeur kəndində sərbəst xizəkləmə marşrutuna düşən qar uçqunu baş verib.

"Sabirabadxəbər.az" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Ərazidə axtarış və xilasetmə işləri davam edir.

İtaliyada Sondrio vilayətinə bağlı Madesimo ərazisində də qar uçqunu düşdüyü bildirilib. Ərazidəki xilasetmə komandalarının 3 nəfəri xilas etdiyi və itkin düşən 4-cü şəxsi tapmaq üçün axtarış işlərinin davam etdiyi qeyd edilib.

16.02.2026 » 16:47
Geri