sabirabadxeber.az / Qubada məktəbli özünü güllələyərək öldürdü

Qubada məktəbli özünü güllələyərək öldürdü

Quba rayonunda bədbəxt hadisə baş verib. 
"Sabirabadxəbər.az" "Unikal"ın Şimal bürosunun məlumatına istinadən xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil. 

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq. 

15.02.2026 » 11:31
Geri