sabirabadxeber.az / ABŞ Karib dənizində gəmiyə zərbə endirdi - 3 ölü

ABŞ Karib dənizində gəmiyə zərbə endirdi - 3 ölü

ABŞ hərbçiləri Karib dənizində gəmiyə zərbə endirib.

"Sabirabadxəbər.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” hesabında açıqlayıb. 

Bildirilib ki, gəmi terrorçu kimi tanınan təşkilat tərəfindən istifadə olunub. Hadisə zamanı 3 nəfər ölüb. 

Qeyd edək ki, bu, ilin əvvəlindən ABŞ-nin beynəlxalq sularda gəmilərə sayca dördüncü zərbəsi olub.

14.02.2026 » 09:42
Geri