sabirabadxeber.az / Ər-arvad dəm qazından zəhərləndi

Ər-arvad dəm qazından zəhərləndi

Bakıda ər-arvad dəm qazından zəhərlənib.

“Sabirabadxəbər.az” xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.

R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır.

12.02.2026 » 10:43
Geri