sabirabadxeber.az / Cəlilabadda güclü qar ağacı aşırıb, bir nəfər köməksiz qalıb

Cəlilabadda güclü qar ağacı aşırıb, bir nəfər köməksiz qalıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Sabirabadxəbər.az" xəbər verirki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.

12.02.2026 » 09:50
Geri