sabirabadxeber.az / İran sərhədində ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib

İran sərhədində ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib. 

“Sabirabadxəbər.az" xəbər verir ki, uçuşlar iki istiqamətdə qeydə alınıb.

Belə ki, “Boeing P-8A Poseidon” təyyarəsi Bəhreyndən qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub. Bundan başqa, Əbu-Dabidən havaya qalxan “MQ-4C Triton” dronu Oman körfəzi üzərində müşahidə edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent ölkəsinin İran yaxınlığında əlavə hərbi qüvvələr topladığını açıqlamışdı.

12.02.2026 » 09:23
Geri