Sərnişin təyyarəsi Somalidən havaya qalxdıqdan bir müddət sonra Hind okeanı sahillərində qəzaya uğrayıb.
Sabirabadxəbər.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
“Casiira çimərliyi yaxınlığında olan şahidlər qeyri-adi dərəcədə alçaqdan uçan təyyarəni görüblər. Daha sonra təyyarə sahilə enib. Hadisə yerindən çəkilən fotolarda laynerin sağ qanadının tamamilə qopduğu görünür”, – materialda deyilir.
Xilasedicilər hadisə yerinə gəlib. Ekipaj üzvləri və bütün 55 sərnişin təxliyə olunub. Mütəxəssislər hadisənin baş verməsi səbəblərini araşdırmağa başlayıblar.