sabirabadxeber.az / Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib

Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib

Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib. Onunla vida mərasimi keçiriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.

O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.

Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.

Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.

10.02.2026 » 09:26
Geri