sabirabadxeber.az / Banqladeş ABŞ ilə ticarət sazişi imzaladı

Banqladeş ABŞ ilə ticarət sazişi imzaladı

Banqladeşin müvəqqəti hökuməti ABŞ ilə ölkənin ticarət tarifinin 20%-dən 19%-ə endirilməsini nəzərdə tutan ticarət sazişi imzalayıb.

"Sabirabadxəbər.az"  xəbər verir ki, bu barədə Banqladeşin ticarət nazirinin müavini Mahbubur Rəhman bildirib.

"Qarşılıqlı rüsum 19% olaraq müəyyən edilib ki, bu da mövcud 20%-lik səviyyədən aşağıdır", - deyə o qeyd edib.

O bildirib ki, ABŞ 2500 Banqladeş məhsuluna rüsumsuz və ya güzəştli giriş verib, Banqladeş isə 4400 Amerika məhsuluna rüsumsuz və ya güzəştli giriş verib.

10.02.2026 » 09:24
Geri