Ölkə - Sabirabadxeber.Az - İnformasiya Portalı

Deputatlar toplaşır - MSK-nın tərkibi yenilənir
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclas keçiriləcək.

"Sabirabadxəbər" xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Zelenski Qəbələyə gəldi - Liderlərin təkbətək görüşü oldu (FOTOLAR)
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

"Sabirabadxeber" xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

Azərbaycanın iqtsadi qüdrəti Avropanın bir çox olkələrin ölkəmizə olan marağını artırır
Azərbaycanın Avropa ilə münasibətləri strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda imzalanmış memorandumlar Bakını qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirib.

Ölkəmizin tranzit imkanları beynəlxalq maliyyə qurumlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə onun dünyadakı nüfuzunu daha da artırıb. Azərbaycanla iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə bir sıra Avropa ölkələrinin rəhbərlərinin olkəmizə səfərləri baş tutub. Aprelin 22-də Avropa İttifaqına daxil olan növbəti ölkənin – Latviya Respublikasınin Prezidenti Edqars Rinkeviçs ölkəmizə rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə tətbətək və geniş tərkibli görüşlərdən sonra Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Mərasimdə iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında 5 mühüm sənəd mübadilə edilib.

Mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.

Həmin gün hər iki dövlət başçısı, çoxsaylı nümayəndələrin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib. Forumda Azərbaycan və Latviyanın mövcud iqtisadi imkanları qeyd edilərək gələcək əməkdaşlıq planları ətraflı müzakirə edilib. Bildirilib ki, son illər ərzində Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər görülüb. Son dörd-beş il ərzində ümumi daxili məhsulun sürətli artımı müşahidə edilib. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Azərbaycanda təbii qaz hasilatı artır, hasil edilən təbii qazın böyük hissəsi isə ixrac olunur. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir. Ölkənin valyuta və qızıl ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Hazırda ölkəmizin əlavə investisiyalara böyük ehtiyac vardır. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib.

Qeyd edilməlidir ki, son iyirmi il ərzində Azərbaycanın iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.

Bu gün Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edilir. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək”.

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdədir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir, bu da bir çox olkələrin ölkəmizə olan iqtisadi marağını artırır.

Şəmsi Hüseynov,

Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri

Akademik Zərifə Əliyeva: Elmə və xalqa həsr olunan şərəfli ömür yolu
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş mənalı ömür yolu həm elmi nailiyyətləri, həm də yüksək mənəvi keyfiyyətləri ilə xalqımızın yaddaşında silinməz iz qoyub. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zərifə xanım həqiqi bir elm fədaisi olmaqla yanaşı, ailə dəyərlərini hər şeydən uca tuturdu: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi... Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə vaxt tapırdı”.

Deputat Kamal Cəfərovun mövqeyinə görə, Zərifə xanım Əliyevanın elmi fəaliyyəti bütövlükdə dövlət səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edib. Xüsusilə XX əsrin ortalarında Azərbaycanda görmə qabiliyyətinin itirilməsinə səbəb olan traxoma infeksiyasının bir sosial bəla kimi ləğv edilməsi məhz onun gərgin əməyi və tətbiq etdiyi effektiv müalicə metodları ilə birbaşa bağlıdır. Kamal Cəfərov hesab edir ki, alimin kimya müəssisələrində çalışan işçilərin görmə orqanlarının peşə patologiyası sahəsində apardığı tədqiqatlar dünya oftalmologiya elmində yeni bir səhifə açmışdır. Bu fəaliyyətin SSRİ-nin ən nüfuzlu elmi mükafatlarından olan akademik M.İ.Averbax adına mükafatla qiymətləndirilməsi onun beynəlxalq miqyaslı uğurunun təsdiqidir.

Bu kontekstdə Zərifə xanımın şəxsiyyəti Azərbaycan ziyalısının ən parlaq nümunəsi kimi çıxış edir. Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd Vurğun kimi nəhənglərin olduğu bir mühitdə boya-başa çatan bu şəxsiyyət, özündə milli mənəvi dəyərləri və müasir elmi baxışı birləşdirə bilmişdi. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın ailədəki rolunu və mənəvi dəstəyini yüksək qiymətləndirərək qeyd edirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə yerinə yetirib”.

Bu gün akademik Zərifə Əliyevanın irsi onun adını daşıyan Milli Oftalmologiya Mərkəzində və yetişdirdiyi böyük alimlər nəslində yaşamaqdadır. Kamal Cəfərov vurğulayır ki, alimin humanizm, xeyirxahlıq və yüksək vətəndaşlıq məsuliyyəti üzərində qurulmuş həyat fəlsəfəsi bugünkü gənc tibb mütəxəssisləri üçün örnəkdir. Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın qəlbində həm görkəmli alim kimi, həm də xeyirxahlıq və şəfqət mücəssəməsi olan böyük bir Azərbaycan qadını kimi əbədi qalacaqdır.

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib
Azərbaycan Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Nazirlər Kabineti məlumat yayıb.

Müşavirədə martın 26-28-də Respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür.

"Sabirabadxəbər" xəbər verir ki, 1993-cü il martın 31-də Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadınlar, yaşlılar, uşaqlar da daxil olmaqla, ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

Kəlbəcər rayonunun işğalı zamanı dinc sakinlər yeganə çıxış yolu olan tunel istiqamətində hərəkət ediblər. Lakin erməni hərbçiləri tunelin hər iki tərəfini nəzarətə götürərək, silahsız insanları pusquya salıblar.

​Hadisənin canlı şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev deyib ki, martın 31-də kəndlərini məcburən tərk ediblər: "Tuneli keçdikdən sonra dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından qulaq tutulurdu. Bizim olduğumuz maşında 5 nəfər yerindəcə öldü. Qarşıda gedən "Kamaz"ı qumbaraatanla vurdular, orada 20-dən çox adam həlak oldu”.

Şahidlərin bildirdiyinə görə, 12 yaşlı Ramin Hüseynov atəş altından qaçaraq özünü çaya atıb və çayboyu geri qayıdaraq digər maşınların pusquya düşməsinin qarşısını alıb.

​Digər şahid Bəxtiyar Quluyev isə ailəlikcə yaşadıqları faciə, itkin bacısı barədə danışıb: ​“Bizim ailəmizin 8 üzvünün hamısı yaralanmışdıq. Qardaşım İslam aldığı yaradan dünyasını dəyişdi. Ermənilər onu Heyvalıda basdırdı. Yeri naməlumdur. 11 yaşlı bacım Şahnaz isə gülləbaran edilən maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur.”

​Tunel yaxınlığında sağ qalanlar və yaralılar erməni hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə, oradan isə Şuşa həbsxanasına aparılıblar. Şahidlər bildiriblər ki, yaraları sağalmamış hər gün ağır işgəncələrə və təhqirlərə məruz qalıblar. Qoşqar Quluyev 6 ay, Bəxtiyar Quluyev isə 7 ay davam edən əsirlikdən sonra azad ediliblər.

​44 günlük Vətən müharibəsi, Kəlbəcərin işğaldan azad edilməsi ilə faciə qurbanlarının qisası alınıb. Bu gün Azərbaycan dövləti Kəlbəcərdə sürətli bərpa işləri apararaq dinc sakinlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir. Lakin 31 mart "tunel faciəsi" və itkin düşən Şahnaz kimi yüzlərlə insanın taleyi yaddaşlarda silinməz yara kimi qalacaq.

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək
Aprelin 5-də Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

"Sabirabadxəbər"  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Şagirdlər və ya onların valideynləri "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini.

İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə buradan tanış olmaq mümkündür.

"Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

“Sabirabadxəbər” xəbər verir ki, paylaşımda deyilir:

“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

“Sabirabadxəbər” paylaşımı təqdim edir:

DYP sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciəti edib.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib.

Məlumata görə, hazırda respublika ərazisində yağışlı hava hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.

"Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik”, - deyə məlumatda qeyd edilib