Gündəm - Sabirabadxeber.Az - İnformasiya Portalı

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”
İran ordusu ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına qarşı sərt bəyanat yayaraq, Hörmüz boğazı ətrafında hərbi qarşıdurma anonsu verib.

“Sabirabadxəbər” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı rəsmi məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü və adekvat reaksiya verəcək.

Qərargah İranın Hörmüz boğazı üzərindəki nəzarətini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. Rəsmi Tehran ölkəyə qarşı istənilən yeni hücum və ya blokada cəhdinə hərbi yolla cavab verməyə tam hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, son günlər ABŞ və İran arasında diplomatik və hərbi gərginlik pik həddə çatıb. Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası bölgədə neft nəqlini və qlobal ticarəti təhlükə altına qoyub

Trampın olduğu tədbirdə atışma - Anbaan video
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub.

“Sabirabadxəbər” “Reuters”ə istinadən xəbər verir ki, zalda əvvəlcə güclü partlayışlar baş verib bundan sonra isə izdiham yaşanıb.

Tədbirdə Prezident Trampla yanaşı birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və Kerolayn Livitt də iştirak edib.

Tramp sosial şəbəkə hesabında yazıb ki, baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb. Hər kəsin vəziyyəti əladır.

ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanında katerə zərbə endirib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə məlumat komandanlığın “X” hesabında paylaşılıb.

Okeanın şərq hissəsində vurulan katerin terror təşkilatları tərəfindən istifadə olunduğu və narkotik daşıdığı ehtimal edilir.

Zərbə nəticəsində iki nəfər həlak olub.

Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
İranda Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı Mehdi Fərid İsrailə casusluq ittihamı ilə edam edilib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə “Mizan” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Fərid İranın həssas qurumlarından birinin daxili şəbəkəsinə sızmağa cəhd etməkdə və İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq edərək məxfi məlumatları ötürməkdə ittiham olunurdu.

Əlavə edilib ki, o, Atom Enerjisi Agentliyinin strukturu, obyektlərinin yerləşməsi, təhlükəsizlik vəziyyəti və əməkdaşları barədə məlumatları qarşı tərəfə verib.

Məhkəmə orqanları təqsirləndirilən şəxsin ittihamları etiraf etdiyini iddia etsə də, insan haqları təşkilatları prosesin şəffaf aparılmadığını bildirir. Hüquq müdafiəçiləri Fəridin müstəqil vəkilə çıxışının məhdudlaşdırıldığını və etirafların təzyiq altında əldə olunmuş ola biləcəyini qeyd edirlər.

“Hengaw” İnsan Hüquqları Təşkilatı isə fərqli iddialar irəli sürür. Təşkilatın məlumatına görə, Fərid, əslində, İsrail adına fəaliyyət göstərən şəxslərin təkliflərini rədd edib və bu barədə İranın təhlükəsizlik orqanlarına məlumat verib. Hətta onun aldığı vəsait və məlumatları rəsmi qurumlara təqdim etdiyi bildirilir.

Buna baxmayaraq, Fərid əvvəlcə “məlumat sızdırmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib, daha sonra isə prokurorluğun apellyasiya şikayətindən sonra hökm dəyişdirilərək, ölüm cəzası ilə əvəz olunub.

Məlumata görə, istintaq zamanı Fərid təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini dəfələrlə vurğulasa da, bu məqam məhkəmə tərəfindən nəzərə alınmayıb.

Qeyd edək ki, hüquq müdafiəçilərinin hesabatlarına əsasən, 2025-ci ildə İranda ən azı 1639 nəfər edam edilib ki, bu da son onilliklərdə ən yüksək göstəricilərdən biridir. Bu rəqəm əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.

Məlumata görə, son aylarda xüsusilə “Mossad”la əməkdaşlıq ittihamı ilə bir sıra şəxslər edam olunub. İran mediası həmçinin Tehranda etiraz aksiyaları və digər ittihamlarla əlaqədar daha bir neçə şəxsin edam edildiyini bildirib.

İran məhkəmə sisteminin rəhbərliyi isə ölkədə təhlükəsizlik vəziyyətini “tam müharibə şəraiti” kimi qiymətləndirərək, bu kateqoriyadan olan işlər üzrə cəzaların sərtləşdirilməsinə çağırış edib.

Ağ Evdə həyəcan siqnalı
Ağ Evdə qısamüddətli təhlükəsizlik siqnalı elan edilib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə zamanı Ağ Evin həyətində canlı bağlantı edən jurnalistlər brifinq otağına yönləndirilib.

Eyni zamanda bəzi təhlükəsizlik əməkdaşlarının Ağ Evin həyətində əlavə mühafizə tədbirləri gördüyü müşahidə olunub.

Qısa müddət sonra təhlükəsizlik həyəcanı aradan qaldırılıb. Hadisənin səbəbi ilə bağlı isə Ağ Ev tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

İlham Əliyev Latviyanın Prezidenti ilə təkbətək görüşüb
"Sabirabadxəbər" xəbər verir ki, Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda, görüşdə regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər də müzakirə olunub.

Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciəti
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

“Sabirabadxəbər” xəbər verir ki, müraciətdə deyilir:

“Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun”.

Hörmüzdə ticarət gəmilərinə hücum olundu
Hörmüz boğazında iki gəmiyə atəş açılıb.

“Sabirabadxəbər” xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ticarət gəmiləri Hörmüz boğazından keçməyə çalışarkən silahlı hücuma məruz qalıb.

Hadisəylə bağlı araşdırmalar aparılır.

Prezident Şahbaz Şəriflə görüşdü - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran Hörmüz boğazını açdı
İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.

“Livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir”, - paylaşımda deyilir.

Xatırladaq ki, İran Yaxın Şərqdəki son gərginlik fonunda Hörmüz boğazını gəmilərin keçidi üçün bağlamışdı.