Cəmiyyət - Sabirabadxeber.Az - İnformasiya Portalı

ADNA terrorundan 17 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 17 il ötür.

"Sabirabadxəbər" xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək “İnterpol”a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

"Sabirabadxəbər" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 7-si saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla mayın 6-dək qəbula yazıla bilərlər.

Azərbaycan–Çexiya münasibətlərinin gələcək inkişaf trayektoriyası siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub
2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiş arasında keçirilən yüksək səviyyəli görüş və ardından mətbuata verilən bəyanat Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər iki ölkə arasındakı əməkdaşlığın dinamik inkişaf etdiyini göstərməklə yanaşı, Azərbaycanın Avropa ilə əlaqələrinin daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş məzmunu ilə diqqət çəkdi və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.

Çıxış zamanı dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər möhkəm siyasi dialoq və qarşılıqlı etimad əsasında qurulub. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi və yüksəksəviyyəli görüşlərin müntəzəm xarakter alması bu münasibətlərin daha da gücləndiyini göstərir. Çex Respublikasının Avropa İttifaqının üzvü olması isə Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının genişlənməsi baxımından mühüm rol oynayır. Bu kontekstdə Andrey Babişin Azərbaycana səfəri yalnız ikitərəfli əlaqələr üçün deyil, həm də Azərbaycan–Avropa münasibətlərinin inkişafı üçün əhəmiyyətli platforma kimi çıxış edir.

Mətbuata verilən bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də əsas yer tutdu. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olması, Çexiyanın isə sənaye və texnologiya sahəsində inkişaf etmiş ölkə kimi tanınması bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu qarşılıqlı tamamlayıcılıq yeni iqtisadi təşəbbüslərin reallaşdırılmasına və hər iki tərəf üçün əlavə dəyər formalaşdırılmasına imkan verir.

Eyni zamanda, qeyri-neft sektorunun inkişafı da diqqət mərkəzində olub. Kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib və bu istiqamətlərin Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti ilə üst-üstə düşdüyü qeyd olunub. Bu yanaşma ölkənin dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi çıxış edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola da xüsusi diqqət yetirdi. O qeyd etdi ki, Azərbaycan uzun illərdir Avropa ölkələri üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir və bu istiqamətdə həyata keçirilən layihələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Çexiyanın da enerji təhlükəsizliyinə xüsusi önəm verməsi bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır və tərəflər arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.Bununla yanaşı, iki ölkə arasında humanitar və mədəni əlaqələrin inkişafı da xüsusi vurğulandı. Təhsil, elm, turizm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə şərait yaradır. Prezident İlham Əliyev bu sahələrin inkişafını davamlı əməkdaşlığın vacib elementi kimi qiymətləndirdi və gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərin həyata keçiriləcəyini bildirdi.

Görüş zamanı regional və beynəlxalq məsələlər də diqqətdən kənarda qalmadı. Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini daim qoruyur. Çexiya ilə bu məsələlərdə mövqelərin uyğunluğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da güclənməsinə şərait yaradır. Hər iki ölkə qarşılıqlı dəstək və əməkdaşlıq prinsiplərinə sadiq qalaraq qlobal çağırışlara birgə cavab vermək niyyətindədir.

Ümumilikdə, Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə görüşü və mətbuata verdiyi bəyanat Azərbaycan–Çexiya münasibətlərinin gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoydu. Bu səfər siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və humanitar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və etibarlı tərəfdaş kimi mövqeyi bu kimi yüksək səviyyəli təmasların davamlı xarakter almasına zəmin yaradır.

Beləliklə, 27 aprel 2026-cı il tarixində baş tutmuş bu səfər və səsləndirilən fikirlər yalnız cari vəziyyəti deyil, həm də gələcək strateji hədəfləri müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Teymur İsmayılov,

Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Leyla Əliyeva Qəbələdən ailəsi ilə fotosunu paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi "Instagram" hesabında ailəsi ilə birgə Qəbələdən foto paylaşıb.

"Sabirabadxəbər" xəbər verir ki, fotoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yer alıblar.

Həmin paylaşımı təqdim edirik:

Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişlənməkdədir
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzaakirə edilib. Sözsüz ki, bu səfər iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi yüksək qiymətləndirilir.

Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə yönəlib: “İki lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı xarakter daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edilib.

Bu bir reallıqdır ki, Azərbaycan ilə Çex Respublikası arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə sənaye, maşınqayırma, kimya, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar vardır. Çexiyanın qabaqcıl sənaye təcrübəsi ilə Azərbaycanın dinamik inkişaf edən iqtisadi mühiti arasında sinerjinin yaradılması hər iki tərəf üçün faydalı hesab olunur.

Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm hissəsini təşkil eedib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilib, ölkənin zəngin enerji resursları və tranzit imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə enerji resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub”.

İki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi rolu nəzərə alınaraq, Çexiyanın bu imkanlardan istifadə perspektivləri müzakirə olunub. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi məsələləri üzrə konkret təşəbbüslər irəli sürülüb.

Səfər çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu iqtisadi əməkdaşlığın praktiki müstəvidə inkişafına təkan verən mühüm platforma olub. Forumda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, sahibkarlar və investorlar iştirak etmiş, investisiya imkanları, biznes mühiti və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında geniş təqdimatlar keçirilib. Bu isə öz növbəsində iş adamları arasında birbaşa əlaqələrin qurulması gələcək əməkdaşlıq üçün real zəmin yaratmış olur”.

İki ölkə arasında humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Bu xüsusda təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Tələbə mübadiləsi proqramlarının artırılması, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi və mədəni tədbirlərin təşkili xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm amillər kimi qeyd olunub. Bütün bunlar Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir.

Cavid Rəcəbli,

ƏƏSMN yanında DSMF Sabirabad rayon şöbəsinin müdiri

Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb.

“Sabirabadxəbər” xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək.

Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayəhaqları ödəniləcək.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

"Sabirabadxəbər" xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.

Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad əlaqələrin perspektivlərini daha da genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş və mətbuata verilən birgə bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. Aprelin 25-də Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində baş tutan bu görüş həm siyasi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan və Ukrayna liderlərinin görüşləri artıq müntəzəm xarakter daşıyır. Son dörd il ərzində dövlət başçıları yeddi dəfə görüşərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə veriblər. Bu görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, qarşılıqlı səfərlər və birbaşa dialoq ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib.

Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Prezident Volodimir Zelenskinin 2019-cu ildə Azərbaycana ilk səfəri iki lider arasında şəxsi münasibətlərin formalaşmasında mühüm rol oynayıb. O vaxtdan etibarən qurulan səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün də uğurla davam edir. Bu şəxsi münasibətlər dövlətlərarası əməkdaşlığın inkişafına da müsbət təsir göstərərək, müxtəlif sahələrdə yeni imkanların yaranmasına zəmin yaradıb.

Prezident İlham Əliyev həmçinin 2022-ci ilin yanvar ayında Ukraynanın paytaxtı Kiyev şəhərinə etdiyi səfəri xatırladaraq bildirib ki, həmin səfər zamanı aparılan fikir mübadiləsi və sonrakı təmaslar Azərbaycan–Ukrayna münasibətlərini daha yüksək səviyyəyə qaldırıb. Bu səfər çərçivəsində əldə olunan razılaşmalar iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verib.

Qeyd olunub ki, Azərbaycan və Ukrayna arasında əlaqələr yalnız siyasi sahə ilə məhdudlaşmır. Enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolu Ukrayna üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr regionda yeni iqtisadi imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Bu qarşılıqlı dəstək iki ölkənin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir. Hər iki dövlət beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini müdafiə edir.

Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri gələcəkdə daha da inkişaf edəcək. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad əlaqələrin perspektivlərini daha da genişləndirir.

Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüş iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər yalnız mövcud əlaqələrin möhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Əliqulu Babaşov,

Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru

Mayda 14 gün iş olmayacaq
2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

"Sabirabadxəbər" xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.

Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram – Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.

Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.

"Sabirabadxəbər" "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" qanun layihəsində bu sahədəki problemlərin həlli ilə bağlı yeni məqamlar var.

Vüqar Bayramov vurğulayıb ki, yeni qanun layihəsində, eyni zamanda bazarın dövriyyəsinin genişləndirilməsi də öz əksini tapıb. Vətəndaşların daha ucuz kredit resurslarına əlçatanlığı artacaq, lizinqlə avtomobil alışı asanlaşacaq.